AZ

Göyçayda yaralanan qadının son durumu açıqlandı - YENİLƏNİB

Göyçayda yaralanan qadının son durumu açıqlanıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, 16.01.2025-ci il tarixində saat 16:00 radələrində 1991-ci il təvəllüdlü  (qadın cinsli) şəxs bədən səthinin 75-80%-nin 2-3A dərəcəli termik yanığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.    

İlkin tibbi yardım və reanimasiyon tədbirlər göstərildikdən sonra xəstə ixtisaslaşmış müayinə və müalicə məqsədilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib.

Yanıq Mərkəzinə təxliyə olunan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

***

10:38

Göyçayda qadın ağır yanıq xəsarətləri alıb.

Modern.az xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisindəki evlərin birində baş verib.

1991-ci il təvəllüdlü Sevinc Cəfərova hamamda sobanı söndürmək istəyərkən həddindən artıq qızmış su çəni partlayıb. Nəticədə qadın yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun bədəninin 70-80 faizinin yandığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
2
cebheinfo.az

1Mənbələr