Qan donduran hadisə səhər saatlarında Darende rayonunun Irmaklı məhəlləsində baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, İstanbuldan qohumu G.Eminenin (83) yanına ailə işi üçün gələn B.K., naməlum səbəbdən yaşlı qadına bıçaqla xəsarət yetirib.
Vəziyyətin fərqinə varıldıqdan sonra hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib, aparılan müayinədən sonra G.Eminenin həyatını itirdiyi müəyyən edilib.
O, nəzarətə alınarkən yaşlı qadının cəsədi yaxınları tərəfindən Ədliyyə Tibb Qurumundan götürülərək dəfn olunmaq üçün Darende rayonuna aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.