Bakı. Trend:
Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlətstandartları qəbul edilib.
Bu barədə Trend-ə AZSTANDART-dan bildirilib.
Vurğulanıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTANDART) tərəfindənAZS EN 538:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulankeramik dam örtüyü plitələri – Əyilmədə möhkəmliyin təyini sınağı”,AZS EN 539-1:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu iləvurulan keramik dam örtüyü plitələri – Fiziki xüsusiyyətlərintəyini – Hissə 1: Sukeçirməzlik və hermetikliyin təyini üzrəsınaq”, AZS EN 1024:2025 “Kəsintili (hissə-hissə) döşənmə üsulu iləvurulan keramik dam örtüyü plitələri – Həndəsi xüsusiyyətlərintəyini” və AZS EN 1304:2025 “Keramik dam örtüyü plitələri vəfitinqlər - Məhsula dair anlayışlar və xüsusiyyətlər” dövlətstandartları qəbul edilib.
Qeyd olunub ki, sözügedən dövlət standartları keramik dam örtüyüplitələrinin əyilməyə qarşı davamlılıq, sukeçirməzlik və həndəsixüsusiyyətlərinin təyini üçün sınaq üsullarını müəyyən edir.
Məlumata görə, yeni dövlət standartları Almaniya Fiziki-TexnikiFederal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB)dəstəyi ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı Ölkələrində ArtanTicarət üçün Keyfiyyət Standartları” layihəsi (Calidena Prosesi -Dəyər zənciri: Keramik dam örtüyü və döşəmə plitələri) çərçivəsindəhazırlanıb.
Bildirilib ki, yeni dövlət standartları ölkə ərazisində keramikdam örtüyü plitələrinin istehsalı və istifadəsinə dair tələblərimüəyyən etməklə tikinti sahəsində təhlükəsizliyin, o cümlədəntikinti materialları, məmulatları və konstruksiyalarınınkeyfiyyətinin daha da yüksəldilməsinə imkan yaradacaq.
Qeyd edək ki, dövlət standartlarının layihələri “Tikintimaterialları, məmulatları və konstruksiyaları”nınstandartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10)iclasında müzakirə edilib, İnstitut tərəfindən təsdiq edilərəkStandartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu vəReyestrinə daxil edilib.