AZ

“07” külə döndü- Video

Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verib.

 Oxu24.com  xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "VAZ-2107" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Seçilən
19
20
oxu24.com

10Mənbələr