Yanvarın 14-də Qusar rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan oğlan həbs edilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirlənidirilən 2006-cı il təvəllüdlü Murad Novruzbəyov (şərti) məhkəmə zalında həbs edilib.
Qusar rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında qandallanıb.
Qeyd edək ki, araşdırmalar zamanı Muradın 9-cu sinif şagirdi olan qızla sevgi yaşaması və onu Qusarın kəndlərindən birində yerləşən evinə aparması məlum olub.