Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub. SİA-nın məlumatına görə, ilk "8-lik" XIII turun oyunlarından sonra dəqiqləşib.
"Birbaşa Bakı" 37 xalla müntəzəm mövsümü birinci pillədə başa vurub. "Zirə" 34 xalla ikinci, "Aznur" 32 xalla üçüncü olub.
Növbəti sıralarda "Sumqayıt" (29 xal), "Galaxy" (26 xal), "Göyçə" (19 xal), "Star Bakı" (18 xal) və "Laçın" (15 xal) kollektivləri qərarlaşıblar.
Qeyd edək ki, çempionatda 14 komanda mübarizəyə qoşulmuşdu.