AZ

MEK-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar virtual və ənənəvi sərgi təşkil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş sərgi təşkil edilib.

MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan, həm ənənəvi, həm də virtual olaraq oxucuların istifadəsinə verilən sərgidə Azərbaycan və xarici dillərdə “Azərbaycan faciələrinin təqvimi”, “Azadlıq carçıları”, “Şəhidlərimiz - qürur yerimiz”, “20 Yanvar şəhidləri”, “Ağla qərənfil, ağla”, “Yanvar təlatümü”, “20 Yanvar qan yaddaşımızdır”, “Qan borcu”, “Parçalanmış millətin harayı”, “Vətən”, “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “İstiqlal ulduzları”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Bir ölümün acığına”, “Müdaxilə”, “Qara gündəlik”, “Şəhidlər dastanı”, “Mən şahidəm ki...” və digər ədəbiyyatlar yer alıb.

Virtual sərgidə nəşrlərlə yanaşı, bu qanlı hadisələrə Ümummilli Lider Heydər Əliyevin münasibəti, bəyanatları, Prezident İlham Əliyevin 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğısı da öz əksini tapıb.

Nəşrlərdə tarixən başı bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri, fotoşəkilləri, hadisələr zamanı verilmiş fərman və bəyanatlar əks olunub, həmçinin bu faciəyə gətirib çıxarmış proseslər təhlil olunub.

Ənənəvi sərgi iki həftə müddətində davam edəcək.

Seçilən
8
xalqqazeti.az

1Mənbələr