BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato “X” hesabında özünün və BMT-nin digər ekspertlərinin açıqlamalarına istinadən yazıb ki, dnin edam hökmünün hələ də qüvvədə saxlanılması narahatlıq yaradıb və o, ölüm cəzasının ləğvini istəyib.
May Sato bildirib ki, Əzizinin məhkəmə işi İranda qadın fəalların və azlıqların zorakılığa məruz qalmasını əks etdirir.
BMT məruzəçisi Pəxşan Əzizinin təkadamlıq kamerada işgəncələrə məruz qalması ilə bağlı xəbərlərə toxunaraq, onun ədalətli mühakimə olunmaması və vəkillə görüşünə icazə verilməməsini tənqid edib.