AZ

Leyla Əliyeva yeni təşəbbüslə çıxış etdi

Bakı şəhərinin bir sıra rayonlarında xalqımızın tarixi mədəni irsinin formalarından biri olan, şəhərimizin bəzi binalarını və parklarını bəzəyən mozaika kompozisiyaları mövcuddur.

 

XALQ.AZ xəbər verir ki, bununla əlaqədar mövcud mozaika kompozisiyalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən təşəbbüs irəli sürülüb və təşəbbüsündən irəli gələn mələlələr Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə müzakirə edilib.

 

Müzakirələrdən sonra məsələ ilə bağlı müvafiq komissiya yaradılıb, ilkin tədbirlər planı müəyyənləşdirilib. Rayon icra hakimiyyəti başçılarına rəhbərlik etdikləri rayonların ərazilərində inventarizasiya aparılması, mövcud mozaika kompozisiyalarının bərpa edilərək onlara nəzarətin artırılması ilə bağlı göstəriş verilib. Artıq bəzi ərazilərdə restavrasiya işlərinə başlanılıb.

 

Müşavirədə mövcud mozaika kompozisiyalarının daxil edildiyi albomun nəşr olunması qərara alınıb.

Seçilən
1
37
xalq.az

10Mənbələr