AZ

20 Yanvar: Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən tarix (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yenitariximizin şərəfli səhifələrindən biri hesab olunan “20 Yanvar”ın35-ci ildönümü Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) anılıb.

Anım tədbirində ümummilli lider Heydər Əliyevin, 20 Yanvarşəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olansoydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib,ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 20 Yanvarfaciəsini xalqımızın azadlıq və müstəqillik yolunda göstərdiyiqəhrəmanlıq və milli iradənin təcəssümü kimi dəyərləndirib.Bildirib ki, 20 Yanvar yalnız Sovet İttifaqının öz vətəndaşlarınaqarşı törətdiyi amansız vəhşilik deyil, eyni zamanda bu rejiminsüqutunun başlanğıc nöqtəsi idi.

“20 Yanvar azərbaycanlıların azadlıq uğrunda mübarizə əzmininümayiş etdirdi. Sovet rəhbərliyi xalqımızı qorxuyla susdurmağaçalışsa da səhəri gün şəhidlərimizin dəfninə milyonlarla insanqoşuldu. Bu, xalqımızın SSRİ rəhbərliyinə etiraz səsi, müstəqillikuğrunda mübarizə mesajı idi.” – deyə rektor bildirib.

Rektor çıxışında ümummilli lider Heydər Əliyevin faciədən dərhalsonra Moskvada Azərbaycanın haqq səsini dünyaya çatdırdığınıvurğulayıb. 1993-cü ildən sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Ölkəmizinmüstəqilliyi möhkəmlənib, güclü ordu yaradılıb və inkişafının əsasıqoyulub.

Ulu Öndərin ordu quruculuğu sahəsində başladığı işlər AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davametdirildi. Bunun nəticəsidir ki, Ali Baş Komandan cənab İlhamƏliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonraəzəli torpaqlarını düşmən tapdağından qurtardı. Həmçinin 44 günlükVətən müharibəsi xalqımızın milli ruhunu, gəncliyimizinqəhrəmanlığını və mübarizə əzmini bütün dünyaya göstərdi: “Müharibəzamanı Azərbaycan gəncləri, əsgər və zabitlərimiz öz həyatlarıbahasına böyük qəhrəmanlıq göstərərək xalqımızın şərəfiniqorudular. Şuşanın azad olunması ilə yekunlaşan bu mübarizə həmşəhidlərimizin ruhuna ehtiram, həm də tarixi ədalətin bərpasıoldu”.

Rektor bildirdi ki, Qanlı Yanvar hadisələrindən 35 il keçməsinəbaxmayaraq xalqımız bu faciəni yaddan çıxarmır, dərin hörmət vəehtiramla yad edir. Xalqımız kimi AzMİU kollektivi də şəhidlərimiziunutmur və xatirəsini daim uca tutur. Universitetimizdə yaradılanşəhidlər guşəsi bizim üçün müqəddəs bir yerdir, burada şəhid olmuşməzun və əməkdaşlarımızın adları həkk olunub. Bu guşə tələbələrimizüçün qəhrəmanlıq və vətənpərvərlik guşəsidir. Biz hər zamanşəhidlərimizə borcluyuq, onların fədakarlığı sayəsində bu günmüstəqil və güclü bir dövlətə sahibik.

İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev də çıxışında20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşındakı əhəmiyyətinivurğulayıb. Qanlı Yanvar hadisələrini xalqımızın azadlıq uğrundabaşladığı mübarizənin ilkin addımları kimi dəyərləndirib və 44günlük Vətən mübaribəsi, anti-terror əməliyyatları iləyekunlaşdığını söyləyib. Gəncləri şəhidlərin qanı ilə yazılan şanlıtariximizi unutmamağa və gələcək nəsillərə ötürməyə səsləyib.

AzMİU-nun Mexanika və informasiya texnologiyaları fakültəsinintələbəsi, Vətən müharibəsi qazisi Nemət İmanov çıxışında 20 Yanvarhadisələri haqqında ona və onun kimi gənclərə məlumat verənmüəllimlərə, ziyalılara təşəkkür edib və bu tarixi yaddaşın 44günlük müharibə zamanı gənclərin yüksək vətənpərvərlik nümayişetdirməsinə, onların şücaət göstərməsinə təsirindən danışıb.

Anım tədbirinin sonunda iştirakçılar universitetdəki şəhidlərguşəsinə tər güllər düzərək Vətənin qəhrəman oğullarının müqəddəsruhuna ehtiramlarını ifadə ediblər.

20
20
20
20
20
20
20
20
20
Seçilən
0
26
az.trend.az

10Mənbələr