AZ

SOMDA-nın şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib — FOTOLAR

Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov və Agentliyin şəxsi heyəti  Şəhidlər xiyabanını ziyarət edib.

Demokrat.az xəbər verir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulmuşdur.

Daha sonra Agentliyin inzibati binasında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbirin sonunda sənədli film nümayiş etdirilmişdir.

Qeyd olunmalıdır ki, Agentliyin bütün regional idarələrində də Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilir.










Seçilən
4
26
demokrat.az

10Mənbələr