AZ

Rusiya daha üç kəndi işğal edib

Rusiya qoşunları Donetsk vilayətində 3 yaşayış məntəqəsini ələ keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna müdafiə Nazirliyinə yaxın “DeepState” layihəsi məlumat verib.

Qeyd olunur ki, işğalçı qüvvələr Donbassda Pesçanoye, Slavyanka və Yasenovonu ələ keçirib, digər kəndlərin yaxınlığında da irəliləyiblər: "Düşmən Pesçanoye, Slavyanka, Yasenovonu işğal edib, həmçinin Novoandreyevka, Daçnoye, Kotlinoye, Zvirovo, Vremyevka və Çasov Yar yaxınlığında irəliləyib".

Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.

Bundan öncə isə Prezident Volodimir Zelenski Rusiyanın cəbhədə təşəbbüsü itirdiyini bəyan edib.

“AzPolitika.info”

Seçilən
3
1
azpolitika.info

2Mənbələr