“Əl-Hilal”ın və Braziliya millisinin hücumçusu Neymar onun PSJ-də tam inkişaf etməsinə nəyin mane olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçunun dediklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Parisdə nə baş verdi? Eqo, mənim eqom. Əvvəla, sən ən yaxşı olduğuna əmin olmalısan. Bununla belə, meydanda tək olmadığını unutmamalısan. Bu gün köməksiz mümkün deyil. Nəyisə qazanmaq istəyirsənsə, komanda yoldaşlarınızın dəstəyinə arxalanmalı, özün də komanda üçün oynamalısan".
Xatırladaq ki, Neymar 6 il Fransa PSJ-sində çıxış edib. O, paytaxt klubu ilə birlikdə 5 dəfə Fransa çempionu olub, 4 dəfə Fransa Superkubokunu, 3 dəfə Fransa Kubokunu, 2 dəfə Liqa Kubokunu qazanıb.
Forvard 2024/25 mövsümündə "Əl-Hilal" klubunda cəmi 2 oyun keçirib, əsasən zədəsini sağaltmaqla məşğul olub.
Mirağa