AZ

Müstəqilliyə gedən yolun sınağı

 

1980-ci illərin sonlarından etibarən Azərbaycan əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Öz haqqının sahibi olmaq  zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 Yanvarında sınaq imtahanı verdi.

20 yanvar faciəsindən 35 il keçir. Bu 35 ildə çox şey, bəlkə də hər şey dəyişib. Dəyişməyən isə bircə şey olub: həmin qanlı hadisəyə münasibət və onun bizim tarixi taleyimizdə daşıdığı missiya. İndi, bu günlərdən həmin çağlara baxanda çox şey bizə vahiməli görünür. Əslində, bu təəssüratı doğuran zamanın özünün obrazıdır. Bir-birini əvəzləyən kataklik proseslər – 20 Yanvar faciəsi, ondan bir il sonra jurnalist Salatın Əsgərovanın qətli, 20 noyabrda müəmmalı vertalyot qəzası, daha bir il sonra törədilən Xocalı soyqırımı, bir-birini əvəzləyən torpaq itkiləri və s., və i.

Bu faciələrin içində 20 Yanvar ona görə həm də milli özünüdərkin faktı kimi yad edilir ki, bu tarixin özündə yaddaşı oyatmağa yönəlik olan missiya dayanır. Bu, bizim üçün Tanrının ayırdığı bir gecəlik sınaq məqamı idi. Yanvarın 19-dan 20-nə keçən gecə – həmin gün vətən oğulları sanki öz xoşuna “gəl təcrübə eylə mən zəifi” nidası ilə “qəmin hərifi” olmağa gəlmişdilər.

Bu 35 ildə hadisəyə hər cür – siyasi, hüquqi, mənəvi və s. baxış bucaqlarından münasibət sərgilənib. Bəs məlum faciə bizim düşüncəmizə qatdığı hansı çalarlarla xarakterizə olunur? Cavab birmənalıdır: ilk növbədə şəhid obrazı və bu adın ehtiva etdiyi ağrı və qürur simvolikası ilə: şəhid oğullar, şəhid anası, şəhidlər məzarlığı, şəhid şəhər, şəhid şair və s., və i. Bu yerdə bir məqama toxunmaq yerinə düşər. Sanki sovet dövründə təbliğ olunan bayağı vətənpərvərlik ideyalarının vurduğu əxlaqi-mənəvi zərbənin şüuraltı kompensasiyasının ifadəsi olaraq vətənpərvərlik mövzularından, ümumən ictimai-siyasi tematikadan imtina edən lokal düşüncə 1990-cı illərdən başlayaraq yenidən bu ali mövzuya qayıtmağı vacib bildi. Vətən və vətənpərvərlik anlayışları önə keçdi, vətəndaş cəmiyyətinin göstəricisi hesab olunmağa başladı.

20 Yanvar hadisələrinin tarixi rolunu şərh edən Yaşar Qarayev yazırdı: “Zaman ən kəskin qütblərə onda parçalanır, ən təzadlı eralar bir-birini o vaxt əvəz edir ki, üst-üstə qalanan günlər və qanlar onları bir-birindən eyni vaxtda ayırır. 20 Yanvarda gün və qan bizi keçmişdən və səhvlərdən eyni vaxtda ayırdı”.

Həqiqətən də, bu faciə yaşatdığı acı qədər, həm də bir xalqın tanıtım günü idi. Sınmayan qürurunun, sarsılmayan vüqarının ən yayğın atəş, odlu silah qarşısında belə qaya kimi duruşu idi. Ona görə 20 Yanvara biz təkcə qara gün kimi boylanmamalıyıq, həmin gün Azadlığa, Müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə, xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.

Maraqlıdır ki, hətta hadisəyə kənar gözlə baxışın sərgiləndiyi məqamlarda belə bu amilin roluna xüsusi önəm verilir. Məsələn, Amerika yazıçı-jurnalisti Tomas De Vallın 2008-ci ildə yazdığı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında müəllif həmin hadisələrə bu cür münasibət izhar edir: “SSRİ tarixində ilk dəfə idi ki, sovet silahlı qüvvələri sovet şəhərinə – Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-cı il yanvarın 20-də Azərbaycanı itirdi”. Bəli, mahiyyətə vardıqda bizim dövlət, xalq kimi müstəqilliyimizin tarixi onun rəsmi olaraq təsdiqləndiyi 1991-ci ilin 18 oktyabrından daha öncə, 1990-cı ilin 20 yanvarında qoyulub.

Ümummilli lider Hey­dər Əli­yev hadisənin baş verdiyi ilk günlərdə mən­sub ol­du­ğu və öm­rü­nün bö­yük bir his­sə­si­ni vic­dan­la xid­mət et­di­yi Kom­mu­nist par­ti­ya­sı­na ilk kəs­kin eti­ra­zı­nı  bil­dir­ənlərdən oldu. O za­man Mosk­va­da təc­rid şə­rai­tin­də ya­şa­yan, xal­qın­dan uzaq sa­lın­mış Hey­dər Əli­yev də­rin kə­dər  içində, fəqət böyük cəsarətlə, onu gözləyə biləcək təhlükələrə etina etməyərək 21 yan­var ta­ri­xin­də Mosk­va­da Azər­bay­can nü­ma­yən­də­li­yi­nə gəl­di və ha­di­sə­ni tö­rə­dən­lə­ri it­ti­ham edən nitq söy­lə­di. Bu çıxış Azər­bay­can xal­qı­nın haqq sə­si­ni bü­tün dün­ya­ya bə­yan etməklə bərabər, ağır gün­də insanların tə­səl­lisinə çevrildi. Heydər Əliyev 19 iyul 1991-ci il ta­rix­li, Mosk­va­ya, İt­ti­faq Na­zir­lər So­ve­ti par­ti­ya təş­ki­la­tı­na gön­dər­di­yi əri­zə­də isə öl­kə­ni uçu­ru­ma yu­var­lat­mış ali ha­ki­miy­yə­ti konk­ret müd­dəa­lar­la – 1990-cı ilin 20 yan­var ha­di­sə­lə­ri­nə gö­rə, er­mə­ni mil­lət­çi­li­yi­nə ha­va­dar­lı­ğı­na gö­rə, sax­ta de­mok­ra­ti­ya oyun­la­rı və şəx­siy­yə­ti­nə qar­şı tə­qib­lə­rə gö­rə ge­niş it­ti­ham­lar­la suç­la­ya­raq, Kom­mu­nist par­ti­ya­sı sı­ra­la­rın­dan çıx­dı­ğı­nı bə­yan etdi.

Fik­rət Qo­canın 20 Yan­var şə­hid­lə­rin­dən, İl­ham və Fə­ri­zə­nin na­kam sev­gi­sin­dən söz açan “Qar­lı, qan­lı qə­rən­fil­lər” po­ves­ti­ndə Heydər Əliyevin həmin illərdə sərgilədiyi cəsarətli mövqe ilə bağlı məlum ta­ri­xi epi­zod­ yer alır: “Azə­ri türk­lə­ri, türk­dil­li­lər Azər­bay­can nü­ma­yən­di­li­yi­nə gəl­miş­di­lər. Hey­dər Əli­yev xəs­tə ol­ma­sı­na bax­ma­ya­raq, hə­ya­tı­nı təh­lü­kə qar­şı­sın­da qo­yub oğ­lu­nun, qı­zı­nın mü­şa­yiə­ti ilə nü­ma­yən­də­li­yə gə­lib. Ora­da jur­na­list­lər qar­şı­sın­da çı­xış edib. Kom­mu­nist Par­ti­ya­sı rəh­bər­li­yi­ni it­ti­ham edib. Hey­dər Əli­yev yax­şı bi­lir­di kom­mu­nist par­ti­ya­sı nə­lər edə bi­lər, nə­yə qa­dir­di. Ona gö­rə də o öz çı­xı­şı­nın onun özü üçün nə qə­dər təh­lü­kə­li ol­du­ğu­nu yax­şı bi­lir­di. Bu çı­xış part­la­yış­lar gör­müş Ba­kı­da möh­tə­şəm part­la­yış tə­si­ri ba­ğış­la­mış­dı. Gün­düz bir qrup Azər­bay­can zi­ya­lı­la­rı Aka­de­mi­ya­nın bi­na­sın­da yı­ğı­şıb, və­ziy­yə­ti mü­za­ki­rə et­miş, dün­ya bir­lik­lə­ri­nə mü­ra­ci­ət qə­bul et­miş­di­lər. Bu mü­ra­ci­ət dün­ya dil­lə­ri­nə tər­cü­mə edi­lib öl­kə­lə­rə ya­yıl­mış­dı. Elə ge­cə ikən qə­zet­lər çıx­mış­dı, bu qə­zet­lər­də tö­rə­dil­miş ci­na­yə­ti if­şa edən fo­to­lar çap edil­miş­di, çə­ki­liş­lər apa­rı­lıb, ka­set­lər xa­ri­cə ötü­rül­müş­dü. Bun­lar So­vet döv­lə­ti da­xi­lin­də ağ­la­sığ­maz iş­lər idi. Məc­bur olub gü­nün ya­rı­sın­dan son­ra hər­bin ma­şı­nı­nın tə­kər­lə­ri ge­ri fır­la­nır­dı. Kü­çə­lər­də hər­bi tex­ni­ka, əs­gər sey­rə­lir­di. Hiss olu­nur­du ki, qo­şun ge­ri çə­ki­lir, çıx­dı­ğı ye­rə”…

Sonralar Ümummilli lider Heydər Əliyev öz çıxışlarında ürək ağrısı və yanğı ilə 20 Yanvar faciəsinə münasibətini belə izhar etmişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Bu mövqe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də hakimiyyətdə olduğu bütün dövrlər ərzində qorunmuş, 20 Yanvar şəhidlərinin xatirəsinin əziz tutulması üçün yüksək diqqət və həssaslıq öz davamını tapmışdır.

20 Yanvar faciəsindən uzaqlaşdıqca onun ağrılarına mənəvi cəhətdən daha həssas, daha yaxın olmağa başlayırıq. Baş verənlərə analitik münasibətin dramatizmi artdıqca müharibənin bəlalarını daha real şəkildə qavrayırıq. Bir incə məqamı da qeyd etmək yerinə düşər. 20 Yanvar hadisələrindən sonra qeyd etdiyimiz kimi ard-arda sıralanan faciələrimizin miqyası o qədər böyük və çeşidli oldu ki, 20 Yanvar mövzusu daha qlobal, vüsətli səciyyə alaraq müharibə mövzusu ilə əvəzləndi, ümumən Qarabağ probleminin içində əriməyə başladı. Amma bütün hallarda milli qürur və şərəf tarixi kimi Zəfərə aparan yolun müqəddəratına çevrilmək statusu qazandı.

20 Yanvar hadisəsi vətən üçün ölməyin, can nisar etməyin nümunəsini göstərdi. Bu qanlı gündə şəhid olan gənc Ülvi Bünyadzadənin bir şeiri var. Bu şeirdə yalnız 20 Yanvar günü sinəsini güllələrə sipər edən mərd oğullarımızın deyil, həm Birinci Qarabağ savaşında həlak olan, həm də 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizlə tarix yazan qəhrəman əsgərlərimizin hər zaman diri qalan ruhları görünür. Bizi sabahlı gələcəyə və əbədi zəfərə inandırır.

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Seçilən
1
2
xalq.az

3Mənbələr