AZ

"Sabah" Qazaxıstan millisinin qapıçısı ilə danışıq aparır - İcarəyə götürülə bilər

"Sabah" qolkiper transferinə hazırlaşır.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Masazır təmsilçisi Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilovu icarəyə götürmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar aparılır. 32 yaşlı qolkiperin icarə müddətinin bu mövsümün sonuna qədər davam edəcəyi gözlənilir.

Təcrübəli qolkiper “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat” klublarında oynadıqdan sonra 2024-cü il yanvarın 1-də “Tobol”la anlaşmışdı.

İdman.biz

Seçilən
1
1
idman.biz

2Mənbələr