AZ

“Efirlərdə müğənnilər danışmasın” - Murad Arif

“Özəl kanallarda musiqili-əyləncəli formata, gündə 3 saat limit qoyulsa, ölkədə şou anlayışının, şou aparıcıların və təbliğ olunan musiqilərin keyfiyyəti yüksələcək”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb.

“Telekanallarda ən əsas tələb isə "Müğənnilər danışmasın" olsun. Bizim efirlərin problemi bayağı əyləncəyə limitsiz azadlıqdır. Görəsən, 2025-də nanaynanay azalar?”- sənətçi etirazını bildirib.


Könül İbrahim
Musavat.com

Seçilən
12
3
musavat.com

4Mənbələr