AZ

Moskvada REYD: 426 miqrant DEPORTASİYA EDİLİR – VİDEO

Moskvada ticarət mərkəzində reyd keçirilib, 426 miqrant deportasiya ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskvada ticarət mərkəzində keçirilən reyddən sonra Rusiyada qanunsuz yaşayan 426 miqrant Rusiyadan deportasiya ediləcək.

Həmçinin “Prince Plaza” ticarət mərkəzində miqrasiya sənədlərinin və sərhəd keçid möhürlərinin saxtalaşdırıldığı bütöv bir laboratoriya aşkarlanıb.

Reyd zamanı təhlükəsizlik qüvvələri qeyri-qanuni miqrasiyanın təşkilində şübhəli bilinən üç nəfəri saxlayıblar.

İstintaqa görə, onlar xarici vətəndaşları bərbər və telefon təmiri adı altında leqallaşdırıblar.

Şübhəlilərin üzərində saxta immiqrasiya sənədləri və sərhəd-keçid möhürləri olduğu müəyyən edilib. Yalnız tanışlıq yolu ilə saxta sənədlər əldə etmək mümkün olub.

Üç şübhəli şəxslə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunlarını pozan 426 vətəndaşı saxlayıb.

Onların tezliklə deportasiya olunacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
50
interpress.az

10Mənbələr