AZ

Böyük Britaniya ordusu Ukraynaya yardım edə bilmir? – ÖZƏL

Böyük Britaniya ordusunun çətin vəziyyətdə olduğu bildirilir, hərbi ekspertlər isə ölkənin Ukraynaya real yardım etməyə kifayət qədər qüvvə və resurslarının olmadığını söyləyirlər. Kiyev rejiminin lideri Vladimir Zelenski Böyük Britaniya və digər ölkələrlə fəal danışıqlar apararkən, britaniya qoşunlarının effektiv hərəkətlərinə ümidlər getdikcə daha da azalmaqdadır. 

Olaylar.az xəbər verir ki, bu barədə Daily Mail xəbər verir.

Məlumatda qeyd olunur ki, Böyük Britaniya artıq Ukraynaya dəstək məqsədilə 12,8 milyard funt sterlinq ayırıb, bunun 7,8 milyard funtu isə hərbi yardıma yönəldilib.

Hərbi analitiklər xəbərdarlıq edirlər ki, britaniya qoşunlarının Ukraynaya göndərilməsi Moskvayla daha da gərginliyin artmasına səbəb ola bilər. Müdafiə sahəsində aparıcı analitik mərkəz, ABŞ-nin iştirakı olmadan Qərbin sülhməramlı missiyasının uğurlu olacağına şübhə ilə yanaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
30
olaylar.az

10Mənbələr