Ajans.azxəbər verir ki, bölgənin yanğınsöndürmə xidmətinin məlumatına görə, regionda küləyin zəifləməsi ilə yanğının xeyli hissəsini nəzarət altına almaq mümkün olub.
Yerli hakimiyyət orqanları sakinlərin yanğının zərər vurmadığı bəzi rayonlara qayıtmasına icazə verib. Lakin böyük evakuasiya zonalarının təmizlənməsinə azı bir həftə vaxt lazım olacağı bildirilir. Eyni zamanda, yanğın baş verən ərazilərdə elektrik və su təchizatı bərpa edilməli və dağıntılar təmizlənməlidir.
Qeyd edək ki, yanvarın 7-də Kaliforniyanın Los-Anceles dairəsində başlayan meşə yanğıları 12 mindən çox binanı məhv edib və Birləşmiş Ştatlara 100 milyard dollardan çox zərər vurub. Meteoroloqlar yanğının sürətlə yayılmasına quru və küləkli havanın səbəb olduğunu bildiriblər.