"Mançester Siti" futbolçusu Erlinq Haalandla yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda 24 yaşlı hücumçunun müqavilə imzaladığı vaxt çəkilən fotolar yer alıb. Sözləşmə 2034-cü ilin yayınadək nəzərdə tutulub.
Norveçli forvardın əvvəlki müqaviləsi isə 2027-ci ilin yayınadək idi.
Qeyd edək ki, "The Atletic" bu müqavilə ilə Haalandın klubda ən çox maaş alan futbolçu olacağını yazmışdı. Həmçinin bildirilib ki, bu, idman tarixinin ən böyük sözləşmələrindən biridir.