AZ

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

Milli.Az xəbər verir ki, sağlam həyat üçün mütəxəssis hər gün yarım qreypfrut istehlakının qaraciyər sağlamlığına necə təsir etdiyini izah edib.

Prof. Dr. Yaşar qaraciyərin xarici faktorlara məruz qalaraq zədələnməsinin qaçınılmaz olduğunu qeyd edib. O, dərmanlar, şəkərli diabet kimi xəstəliklər, viruslar, alkoqol və həyat tərzi kimi amillərin qaraciyərdə toksik təsirlərə səbəb ola biləcəyini vurğulayıb.

Hər gün yarım qreypfrut istehlakının qaraciyəri toksinlərdən təmizləməyə kömək etdiyini vurğulayıb. O, qreypfrut, üzüm və narın qaraciyər üçün ən faydalı meyvələr olduğunu bildirib. Eyni zamanda, tünd şokoladın və filtr qəhvənin qaraciyərə müsbət təsir göstərdiyini qeyd edib.

Qaraciyər sağlamlığını qorumaq üçün balanslaşdırılmış qidalanma, müntəzəm məşq və sağlam vərdişlərdən qaçınmaq vacibdir. Prof. Dr. Yaşar təravətli meyvələrin və təbii qidaların sağlamlığımızı qorumaqda böyük rol oynadığını əlavə edib.

Milli.Az

Seçilən
2
1
milli.az

2Mənbələr