AZ

Dövlət qurumu portaldan kənar seçilən ofisi - 155 MİN MANATA İCARƏYƏ GÖTÜRÜB

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 185 B ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 730 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin növbəti illik icarə xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Portaldan gizlədilən icarə tenderinin qalibi - AÇIQLANDI

FED.az xəbər verir ki, tenderin qalibi “Faktor QRUP-S-1” QSC (VÖEN: 1604133621) olub.

Qalib şirkətlə 155 052 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Seçilən
22
29
fed.az

10Mənbələr