Bütün Çin neft emalı zavodlarının 10%-i 10 il ərzində müflis olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Agentlik neft emalı gücünün azalmasına səbəb kimi ölkədə yanacağa tələbatın əvvəllər gözləniləndən daha sürətli azalmasını, həmçinin ABŞ-ın sanksiyaları sərtləşdirməsini, İran və Rusiyadan ucuz neftə çıxışın bağlanmasını göstərib.
Nəşr qeyd edir ki, ilk müflisləşəcək neft hasil etməklə bazarda qalan və xarici siyasi təzyiqdən qorxmayan köhnə və səmərəsiz müstəqil neft emalı zavodları olacaq. Çin hakimiyyətinin bu müəssisələri bağlamaq imkanının çoxdan olduğu, lakin bu halda on minlərlə insanın işini itirəcəyi vurğulanır.\\Valyuta.az