AZ

Bakı-Tbilisi-Qars dəmiryolu Orta Dəhlizin ən vacib hissəsidir - Əli Əsədov

Bakı. Trend:

Bakı-Tbilisi-Qars dəmiryolu xətti orta Dəhlizin ən vacibhissəsidir.

Trend xəbərverir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstan vəAzərbaycan arasında İqtiasdi Əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyanın 10-cu İclasının açılışında bildirib.

“Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tam olaraq həyatakeçirilməsi üzrə birgə səylərə xüsusi diqqət yetirilməlidir.Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın səyləri hesabınayükdaşımalarının buraxıcılıq qabiliyyəti bir milyon tondan beşmilyon tona yüksəlib”, - deyə baş nazir bildirib.

Ə.Əsədov həmçinin vurğulayıb ki, Xəzərin ən iri ticarətlimanlarından sayılan Bakı beynəlxalq Dəniz Ticarəti limanı da Ortadəhlizdə həlledici rol oynayır.

“Hal-hazırda limanın yük buraxma qabiliyyətinin ilə 15 milyontondan 25 milyon tona qədər qaldırılması istiqamətində aktiv işləraparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta dəhlizinvacib elementlərindən sayılır. Biz çox şadıq ki, bu gün aidiyyətiqurumlarımız nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumuimzalayacaqlar. Bütün bu kimi tədbirlər qitələrarasısövdələşmələrdə Azərbaycan və Gücüstanın əsas tranzit həlqələrikimi rolunu gücləndirir.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze yanvarın17-də Azərbaycana işgüzar səfər edib.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr