AZ

Danimarka Qrenlandiyadakı hərbi bazasını genişləndirir

Danimarka Silahlı Qüvvələri Qrenlandiyanın paytaxtı Nuukdan 300 km şimalda yerləşən Kangerlussuaqdakı hərbi-hava bazasını genişləndirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə  TV2 telekanalı məlumat yayıb. Məlumatda deyilir: “Rəsmi Danimarkanın siyasəti Arktikanı aşağı gərginlik zonası olaraq saxlamaqla hərbi münaqişədən qaçmaq olsa da, hərbi komandanlıq  gələcəkdə daha aktiv hücumda iştirak etməyi tövsiyə edirlər”. Aviabazanın digər amillərlə  yanaşı, düşmən güclərə qarşı çəkindirmə və güc proyeksiyası funksiyalarını yerinə yetirəcək əməliyyatlı hərbi bazaya çevrilməsi planlaşdırılır. Kangerlussuaqda baza tikmək planlarının dəyəri 1,1 milyard krondan (150 milyon dollar) çoxdur. Danimarka “F-35”-dən başqa, Şimali Atlantikanı izləmək üçün Aalborg və Qrenlandiya arasında uçacaq uzun mənzilli “İHA”lardan da  istifadə edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
4
konkret.az

1Mənbələr