AZ

Riad Rəfiyevin sübutlarının azlığına görə, məhkəmə təxirə salınıb



Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər İxtiyar Əsgərov və Anar Şabanoğluna qarşı şikayəti əsasında hazırlıq iclası keçirilib.

Məhkəmə iclasına hakim Nərgiz Tağıyeva sədrlik edib.

Newscenter.az xəbər verir ki, hakim iddiaçı tərəfin sübutlarının azlığına görə Rəfiyevin vəkilinin əlavə sübutlar təqdim etmək üçün vəsatətini nəzərə alaraq, hazırlıq iclasını fevralın 24-nə təxirə salıb.

Qeyd edək ki, Rəfiyev media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.
Bundan öncə isə Nərimanov Rayon Məhkəməsi Rəfiyevin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina etmişdi.

Anar Əliyev
Seçilən
0
3
newscenter.az

6Mənbələr