AZ

Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...

Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 saylı məktəbdə məktəbli qız dərs zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açıb.

Milli.Az xəbər verir ki, canlı yayım zamanı şagirdin qeyri-etik danışığına izləyicilər şərhlər yazaraq onu ruhlandırır. Təəssüf ki, bu hal da məktəblərdə ilk dəfə deyil.
Şagirlərin telefonla bağlı problemi ilk dəfə deyil, bəs bunun qarşısın necə almaq olar?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyib ki, burada birbaşa məsuliyyət valideynin üzərinə düşür. Valideynlər övladların məktəbə yola salarkən onları telefonla bağlı təlimatlandırmalıdırlar. Çalışmalıyıq ki, şagirdlər məktəbə smartfon gətirməsinlər.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Mətbuat xidmətinin əməkdaşı Raminə Məmmədova deyib ki, hadisə ilə bağlı komissiya yaradılıb. Komissiya üzvləri şagirdin valideynləri ilə görüşərək belə halların yolverilməz olduğu bildirilib.
Artıq 300-dən çox məktəbdə telefon və ağıllı cihazlardan istifadə edilməsi qadağan edilib.
Hadisə ilə bağlı MÜTDA-nın ictimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi Azər Teymurli deyib ki, məktəblərdə telefondan istifadə müəyyən hallarda mümkündür. Bu, müəllimin icazəsi ilə dərs keyfiyyətinin artırılması zamanı ola bilər.
Seçilən
0
9
yenilik.az

10Mənbələr