"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşer yenidən məşqçi kimi fəaliyyət göstərəcək.
"İki sahil" Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, "Beşiktaş"la anlaşıb.
Norveçli mütəxəssisin bu gün İstanbulda olacağı bildirilib. 51 yaşlı məşqçi ilə 1.5 illik müqavilə imzalanacğı gözlənilir.
Qeyd edək ki, 2018-2021-ci illərdə "Mançester Yunayted"i çalışdıran Sulşer "Molde" və "Kardiff"in də baş məşqçisi olub. O, 3 ildir ki, UEFA-da oyun analitiki kimi çalışır.