AZ

Ötən il “Kənddən şəhərə” və bal yarmarkalarında 303.5 ton məhsulun satııb

2024-cü ildə paytaxtda təşkil olunan “Kənddən şəhərə” və Arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkalarında 50 bölgədən 422 fermer öz məhsulunu satışa çıxarıb.

FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.

Yarmarkalarda fermerlər tərəfindən alıcılara 300-dən çox çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub, ümumilikdə 303.5 ton məhsulun satışı həyata keçirilib.

Kiçik və orta fermer təsərrüfat sahibləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan 2 kooperativ qrup və 4 şirkətin yarmarkada iştirakı təmin edilib.

Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

ÖtənÖtən
Seçilən
2
2
fed.az

4Mənbələr