2025-2026-cı illərdə qlobal iqtisadi artım tempi 2,7 faiz təşkil edəcək.
Musavat.com xəbər verir ki, bu proqnoz Dünya Bankının (DB) qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə həsr olunmuş yanvar hesabatında yer alıb.
Sənəddə qeyd olunur ki, qlobal artım inflyasiya hədəfə yaxınlaşdıqca sabitləşir və monetar yumşaldılma həm qabaqcıl, həm inkişaf etməkdə olan bazarlarda, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda fəaliyyəti dəstəkləməyə kömək edir.
Həmçinin bildirilir ki, “ticarət və investisiyaların gücləndirilməsi” artım templərinə müsbət təsir göstərir.
Eyni zamanda hesabatda qlobal iqtisadiyyatın artım tempinin kifayət qədər aşağı olduğu bildirilir. Qeyd olunur ki, 2,7 faizlik göstərici qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki onillikdə 3,1 faiz olan orta artım tempindən aşağıdır.
Musavat.com