AZ

YAP xalqın sonsuz güvənini qazanmış lider partiyadır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Nizami və Kəpəz bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bələdiyyələrin bu günə qədər keçdiyi inkişaf yolundan bəhs edərək yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımları vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının respublikada keçirilən bütün seçkilərdə əldə etdiyi parlaq qələbələrin partiyanın xalqın güvənini və dəstəyini qazanmasının göstəricisi olduğunu qeyd edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov ölkəmizdə bütün sahələrdə aparılan islahatlardan, o cümlədən bələdiyyələrin fəaliyyətinin effektivliyinin artırılması üçün görülən işlərdən danışıb. O bildirib ki, genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə idarəetmə sistemi təkmilləşib və bələdiyyələrin səmərəli fəaliyyət imkanları genişlənib.

Seçki qərargahının üzvləri  Mehman Rzayev  və Nizami Əhmədov Yeni Azərbaycan Partiyasının seçki platforması və qarşıda duran hədəflər barədə geniş məlumat veriblər. Natiqlər ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın qələbə qazanacağına inamlarını ifadə ediblər.

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr