Bakı, TurkicWorld
Atəşkəs elan edildikdən sonra İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda 27-si uşaq, 31-i qadın olmaqla 101 fələstinli həyatını itirib, ən azı 264 nəfər isə yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yazılı açıqlama verib.
İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının elan edilməsindən bu yana 27-si uşaq, 31-i qadın olmaqla 101 fələstinlinin öldürüldüyünü bildirən Basal, həyatını itirənlərdən 82-nin Qəzza şəhərindən olduğu məlumatını paylaşıb.
Basal həmçinin hücumlar nəticəsində yaralananların sayının 264 olduğunu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta