Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 yanvar 2025-ci il tarixində Xızıda, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xızı və Siyəzən sakinlərini qəbul edib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xızı və Siyəzən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.