Zaqreb "Dinamo"sunun 21 yaşlı yarımmüdafiəçi Petar Suçiç İtaliya A Seriyasına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətində "İnter" maraqlıdır.
“Neradzurri”nin nümayəndələri futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.
Milanlılar Petarı yanvarda almaq və onu 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında "Dinamo"da saxlamaq istəyir.
Cari mövsümdə Suçiç 17 oyun keçirib. Yarımmüdafiəçi 3 qol vurub və 2 məhsuldar ötürmə edib.