AZ

Günəşdə iki güclü partlayış baş verib

Bu gün Günəşdə sondan əvvəlki güc sinfində olan (M sinfi) iki partlayış baş verib.

 

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

"Yanvarın 17-də Moskva vaxtı ilə saat 05:11-də (Bakı vaxtı ilə 06:11 - red.) rentgen diapazonunda 3964 (N06W24) Günəş ləkələri qrupunda 16 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 06:20-də (Bakı vaxtı ilə 07:20 - red.) isə rentgen diapazonunda 3961 (S11E44) ləkə qrupunda 28 dəqiqə davam edən M1.2 partlayışı müşahidə edilib", - deyə məlumatda bildirilib.

 

Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytındakı məlumatlara görə, yanvarın 11-dən Günəşdə M sinifli partlayışlar baş verməmişdi.

 

Oxu.az xatırladır ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.

Seçilən
1
3
senzor.az

10Mənbələr