“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittihamlar verilib.Bu barədə vəkil Rəsul Cəfərov məlumat verib. Təsisçi Ələsgər Məmmədli də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısına 6 maddə ilə yekun ittiham elan edilib.Bunlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir. Eyni ittihamlar iş üzrə başqa təqsirləndirilənlərə - Ruslan İzzətli, Akif Qurbanov və digərlərinə də aiddir.Bu maddələrin sanksiya həddində 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta