AZ

"Haber Global"da 29 terrorçunun zərərsizləşdirildiyi əməliyyatın təfərrüatı açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində YPG/PKK terrorçu qruplaşmasının 29 üzvü öldürülüb.
Oxu.Az xəbər verir ki, "Haber Global" televiziyasında yayımlanan süjetdə Türkiyə ordusunun həyata keçirdiyi sonuncu uğurlu əməliyyatın bir sıra detalları müzakirə edilib.
Jurnalist Sercan Bilgi söyləyib ki, Türkiyə ordusunun həyata keçirdiyi əməliyyat ölkənin cənub sərhədindən 60-70 kilometr dərinlikdə həyata keçirilib.
"Əməliyyat Fərat çayının şərq hissəsində həyata keçirilib. Bu, YPG/PKK silahlı qruplarının ən sıx yerləşdiyi ərazilərdir. Əldə edilən məlumatlara görə öldürülən terrorçuların əsasən müxtəlif partlayıcı maddələr hazırlayan və istifadə edən şəxslər olduğu təsbit edilib. Onlar uğurlu əməliyyat planına əsasən zərərsizləşdiriliblər", - deyə əməliyyatın bəzi detallarını açıqlayan Sercan Bilgi vurğulayıb.
Seçilən
2
oxu.az

1Mənbələr