AZ

Naxçıvanda nəqliyyat vasitələrinin hərracı keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac təşkil olunub.

Avtosfer.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesində 4 nəqliyyat vasitəsi üçün 5 sifariş qəbul olunub.

Hərracda iştirak edən 3 sifarişçi hərracın qalibi olub, 1 nəqliyyat vasitəsi üçün sifariş olmadığından hərrac baş tutmamış hesab edilib.

Seçilən
16
2
avtosfer.az

2Mənbələr