Bakı. Trend:
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası MədəniyyətNazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlıtammetrajlı bədii filmin çəkilişləri davam edir.
Trend xəbərverir ki, Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlaragətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoruİbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürelcanlandırırlar. Filmin yaradıcı heyətinə Azər Atakişiyev, ElnurNəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki,Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız dadaxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli,Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdəaparılır.