2024-cü ilin sentyabrında ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası gizli şəkildə Ukraynada pilotsuz təyyarələrin istehsalını 1,5 milyard dollara maliyyələşdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Times (NYT) yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin qeyd etdiyi kimi, tranş “Ukraynaya yeni nəsil dronların hazırlanmasına kömək etmək və müharibə üsullarında inqilab etmək” məqsədi daşıyırdı.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin “The New York Times” qəzetində dərc olunmuş birgə məqalədə ABŞ-ın Ukraynadakı münaqişədən öz hərbi-sənaye kompleksini gücləndirməklə qazanc əldə etdiyini bildirmişdilər.