Suriyanın şimalında hücuma hazırlaşan bölücü terror təşkilatı PKK/YPG-dən 29 terrorçu zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda "Terrorçuların qaçacağı yer yoxdur, onlar üçün təhlükəsiz yer də yoxdur!" deyilib.
Açıqlamada Suriyanın şimalında hücuma hazırlaşan 29 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
Son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyi də vurğulanıb.