Avropa İttifaqı (Aİ) suriyalılar üçün 235 milyon avroluq humanitar yardım elan edib.
Fins.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası 2025-ci ildə həm Suriya daxilində, həm də qonşu ölkələrdəki suriyalılar üçün 235 milyon avro məbləğində yeni humanitar yardım göstərəcək:
"Dəməşqdəki keçmiş hökumətin süqutundan sonra Aİ humanitar yardımın çatdırılmasını gücləndirmək üçün Humanitar Hava Körpüsü uçuşları daxil olmaqla bütün səviyyələrdə çalışır. Yeni yardım paketi ərzaq təminatı, tibbi yardım, səhiyyə xidmətləri, həssas əhali qrupunun zorakılıq və istismardan qorunması, münaqişə səbəbindən köçkün düşmüş insanların sığınacaqla təmin edilməsi, təmiz içməli su və sanitariya qurğularına çıxış, təsirə məruz qalmış uşaqlara təhsil dəstəki kimi məsələləri əhatə edir".
Məlumatda vurğulanıb ki, bu gün Aİ-nin Hazırlıq, böhranların idarə edilməsi və bərabərlik üzrə komissar Haca Labib (Hadja Lahbib) təşkilatın mülki şəxslərə kritik yardım göstərmək öhdəliyini təsdiqləmək üçün Suriyaya səfər edir:
"Bu, Əsəd rejiminin devrilməsindən sonra Aİ komissarının ölkəyə ilk səfəridir".