Hər il olduğu
kimi bu il də Kapital Bank Vyanada keçirilən 30-cu "Euromoney” Mərkəzi və Şərqi Avropa forumunda iştirak
edib. Bu mötəbər forum regionun əsas iqtisadi və maliyyə məsələlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün
platforma rolunu oynayaraq 2000-dən çox
maliyyə bazarı liderini, hökumət nümayəndəsini, investor və beynəlxalq təşkilatı
bir araya gətirib.
"Euromoney” Mərkəzi və Şərqi Avropa Forumu regiondakı əsas oyunçuların çağırışları və imkanları təhlil etmələrinə, sabitliyi və inkişafı təşviq edən siyasətlərin yaradılmasına töhfə vermələrinə imkan yaradır. Forumda mərkəzi bankların müasir iqtisadi mühitdə qarşılaşdıqları çətinliklər və imkanlar, inflyasiyanın öhdəsindən gəlmək üçün maliyyə siyasətinin effektivliyinin qiymətləndirilməsi, rəqəmsal valyutaların tətbiqi kimi mövzular müzakirə olunub.
Bundan əlavə forumda iqtisadi dayanıqlılıq,
Ekoloji, Sosial və İdarəetmə (ESİ)
təşəbbüsləri, maliyyə sektorunun rəqəmsallaşdırılması,
davamlı maliyyələşdirmənin çətinlikləri və Avropa İttifaqına
inteqrasiya prosesində Avropa iqtisadiyyatının
gələcəyi kimi məsələlər də diqqət mərkəzində olub.
www.anews.az