AZ

Putindən Suriya ilə bağlı MÜHÜM AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşü zamanı Suriya və digər regional məsələlərlə bağlı bir sıra mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Putin vurğulayıb ki, Suriyada gələcək siyasi və sosial məsələlərin həllini suriyalıların özləri müəyyən etməlidir.

O, Rusiyanın Suriyada vəziyyətin kompleks həlli məsələsində sadiq olduğunu  və Suriya xalqını dəstəkləməyə davam edəcəyini bildirib.

Rusiya prezidenti Fələstin probleminin tam həllinə yönəlmiş səylərin zəiflədilməməsi üçün çağırış edib və müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini qeyd edib.

Rusiya və İranın əməkdaşlığına toxunan Putin bildirib ki, Rusiya və İran qlobal səhnədə müstəqil siyasət aparır, xarici təzyiqlərə və qanunsuz sanksiyalara qarşı dayanır.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Xüsusilə energetika sahəsi bu əlaqələrin ən önəmli istiqamətlərindən biridir.

Musavat.com

Seçilən
13
1
musavat.com

10Mənbələr