AZ

Putin və Pezeşkian Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Moskva və Tehran Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsinin tərəfdarıdır.

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

"Operativ Media" xəbər verir ki, Pezeşkian bunu mətbuat konfransında deyib.

"Biz Cənubi Qafqaz, Suriya, Yaxın Şərq və Əfqanıstanda əməkdaşlıq məsələlərini və istiqamətlərini müzakirə etdik", - o bildirib.

Putin həmçinin bildirib ki, Moskva və Tehran Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsinin tərəfdarıdır.

Seçilən
43
12
operativmedia.az

10Mənbələr