"Toplum TV" işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılovla bağlı qərar verilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarı ilə Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
**
“Toplum TV işi” ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.
Hazırda Xətai Rayon Məhkəməsinə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün aparılır.
F.İsmayılov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Bu gün “Toplum TV” işində ibtidai istintaq tamamlanıb, yekun ittihamlar elan edilib.
Şərait dəyişdiyindən Fəridin də həbsi üçün təqdimat verilib.
Fərid İsmayılovla birgə Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.