AZ

"Toplum TV" işi ilə bağlı daha bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib – YENİLƏNİB

"Toplum TV" işi ilə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

"Far.Az" xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilib.

16.39

"Toplum TV" işə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov saxlanılıb.

"Far.Az" xəbər verir ki, Fərid İsmayılov hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə aparılır.

İstintaq orqanı Fərid İsmayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Seçilən
0
6
far.az

9Mənbələr