Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Onlar Bakıda Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar.
Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.