AZ

Bakıda çəkisi 6 kq olan uşaq doğulub

Bakıda çəkisi altı kiloqram olan qız uşağı doğulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd edilib ki, yanvarın 10-da Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Hazırda körpənin və ananın vəziyyəti stabil qiymətləndirilir.

Seçilən
0
49
nocomment.az

10Mənbələr