AZ

"Vaşinqton buna görə Bakıya möhtacdır... " - Politoloq rəyi

"Co Baydenin dörd illik hakimiyyəti dövründə Azərbaycanla münasibətlərdə soyuqluq yaşayan ABŞ yalnız özü üçün itkiyə məruz qaldı. Trampın dövründə Bakı ilə Vaşinqton arasındakı əlaqələrin bərpası isə qaçılmazdır. Bunun başlıca şərti, ABŞ-ın ölkəmizə qarşı tətbiq etdiyi yanlış siyasətdən imtina etməsidir".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.

zeynal_serh.jpg

Siyasi şərhçi qeyd edib ki, ABŞ ilə Azərbaycanın münasibətləri zaman-zaman gərginləşir, buna baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə, yeraltı və yerüstü zənginliklərinə görə hər zaman beynəlxalq güclərin, xüsusilə də ABŞ-ın maraq dairəsində olub:

"Azərbaycan hər zaman terrorizmlə mübarizədə ABŞ-a dəstək vermişdir. Xüsusilə, 2001-ci il 11 sentyabr terror aktı zamanı İslam dünyasında ABŞ-a ilk dəstək məhz Azərbaycandan gəlmişdir. Azərbaycanın sahib olduğu multikultural dəyərlər və sabit siyasi mövqe, ölkəmizin beynəlxalq diqqət mərkəzində olmasına səbəb olur. Lakin Vaşinqtonun maraq dairəsində olan əsas məsələlər tamamilə fərqlidir.

İlk növbədə, Azərbaycan ABŞ-ın iki əsas rəqibi olan Rusiya və İranın ortasında yerləşir. Ölkəmiz demək olar ki, bu iki ölkəni birləşdirən körpü rolunu oynayır. Bununla yanaşı, Azərbaycan Qərbin Şərqə açılan əsas qapısı funksiyasını da daşıyır. Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə edərkən əsas istifadə etdiyi tranzit ölkə məhz Azərbaycan olmuşdur. Ölkəmiz həm sülhyaratma əməliyyatlarında fəal iştirak etmiş, həm də mühüm dəhliz rolunu oynamışdır. Buna görə Azərbaycan tez-tez "NATO-nun Şimal dəhlizi" adlandırılırdı.

Digər vacib məqam isə Avropanı Mərkəzi Asiya ilə birləşdirən əsas yolun Azərbaycan ərazisindən keçməsidir. Xüsusilə, nəzərə alsaq ki, bir neçə gün sonra vəzifəsini icra etməyə başlayacaq Donald Trampın əsas hədəfi Çini iqtisadi baxımdan zəiflətməkdir, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir".

Xalidə Gəray,Musavat.com

   

Seçilən
1
1
turanpress.com

10Mənbələr